Türkiyədə yanğını söndürmək istəyən işçilər döyüldü - VİDEO
Türkiyənin Bursa şəhərində yerləşən tekstil sexində baş verən yanğını söndürməyə çalışan fövqəladə hallar işçiləri hücuma məruz qalıb.
Patrulaz.az “Haberglobal”a istinadla xəbər verir ki, yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısını almaq məqsədilə sakinlər hadisə yerinə yanğınsöndürənləri çağırıblar.
Bölgəyə cəlb olunan AFAD əməkdaşları tüstünün təhlükəli həddə çatması səbəbilə ərazinin təxliyəsi əmrini verib. Lakin bundan sonra yanğınsöndürənlər sex sahibləri tərəfindən döyülməyə başlayıb.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfləri ayırmaq üçün bibər qazından istifadə etmək məcburiyyətində qalıb.
Bütün çətinliklərə baxmayaraq, ekipajlar yanğını nəzarət altına alaraq söndürə biliblər. Polis isə hadisə ilə bağlı araşdırmaya başlayıb.
Gülbəniz Səfərova






