media-inshot_20250611_000532256

İyunun 10-da Türkiyənin bir neçə bölgəsində, o cümlədən paytaxt Ankarada səmada parlayan tam ay şəhər mənzərəsi ilə birlikdə valehedici görüntülərə səbəb olub.

Patrulaz.az “Anadolu Agentliy”nə istinadən xəbər verir ki, Ankarada axşam saatlarında göy üzündə ortaya çıxan dolunay zamanı təyyarənin də oradan keçməsi fotokemaralerada ecazkar bir mənzərə yaradıb.

media-screenshot_20250611_002012_chrome

 

Bənzər mənzərələr Ədirnədə və Tekirdağda da müşahidə olunub. Ədirnədə tam ay Səlimiyə məscidinin üzərində bənzərsiz görüntünün yaranmasına səbəb olub.

media-thumbs_b2_c080ea84dea7a2c4b82a4846e80a0c0e

Tekirdağda isə ay işığı balıqçı qayığı ilə birlikdə izləyənlərə qeyri-adi bir mənzərə təqdim edib.

media-thumbs_b2_d134642708eff9ec28c0b29b9582ca87 media-thumbs_b2_a23459d1e10b3e42f5526695e76baa25

Qeyd edək ki, Dolunay Ayın Yerə tam işıqlanmış halda göründüyü Ay fazalarından biridir.  Dolunay təqribən hər 29,5 gündə bir baş verir. Bu zaman Ay, Günəş və Yer eyni düz xətt üzərində yerləşir. Ay isə Yerə qarşı tərəfdən Günəş tərəfindən tam işıqlandırılır. Nəticədə Ay göy üzündə tam dairə kimi görünür.

Gülbəniz Səfərova

media-thumbs_b2_2615153778054b15bdc9d0b0c18e9fa0 media-thumbs_b2_f9facca4c62ba40c44dc377f083c4600 media-thumbs_b2_21bbe0984f344e35949ad6c04156be81

media-thumbs_b2_06b17ab3987b18adb18b077c915697e0 media-thumbs_b2_fdbe51b3c3c6f34ac8658db1b4b3c0d9


Bənzər xəbərlər