Türkiyənin əsrlik tarixi olan Ayasofya məscidi süni intellektlə qorunmağa başlayıb
İstanbulun tarixi Ayasofya məscidi süni intellekt texnologiyası ilə təchiz olunaraq daha güclü təhlükəsizlik sisteminə keçib.
Patrulaz.az “Hürriyet Daily News”a istinadən xəbər verir ki, 1500 illik tarixə malik bu möhtəşəm abidənin qorunması və ziyarətçilərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə müasir texnologiyaların tətbiqinə başlanılıb.
Yeni təhlükəsizlik sistemi çərçivəsində məscidin daxilində yüzlərlə yüksək keyfiyyətli kamera quraşdırılıb. Ağıllı süni intellekt sistemi real vaxt rejimində məhdud ərazilərə giriş cəhdlərini müəyyənləşdirir və dərhal müvafiq əməkdaşları xəbərdar edir. Bu isə Ayasofyanın mədəni irs kimi qorunmasını və hər hansı insidentə operativ müdaxiləni təmin edir.
Qeyd edək ki, Ayasofya UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan və hər il milyonlarla turistin ziyarət etdiyi unikal tarixi məkanlardan biridir.
Gülbəniz Səfərova






