Üç gündür ki, quyaya düşərək tapılmayan şəxsin kimliyi məlum olub
Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 3 gündür ki, kanalizasiya lyukuna düşən şəxsin 27 yaşlı Cümşüd Cümşüdlü olduğu müəyyən edilib.
Patrulaz.az “Xəzər Xəbər”ə istinadən bildirir ki, Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və ayağı sürüşərək lyuka düşüb.
Ərazidə çalışanlar qeyd edirlər ki, sözügedən kanalizasiya quyusu uzun illərdir həmin küçədə mövcuddur.
İtkin düşən şəxsin yaxınları onun srağagün axşam saatlarında evdə olduğunu bildirirlər. Qohumlarının sözlərinə görə, Cümşüda telefon zəngi gəlib və o, marketə getmək adı ilə evdən çıxıb. Daha sonra ondan xəbər alınmayıb və ailəsi polisə müraciət edib.
Qeyd edək ki, hadisənin iyunun 26-da baş verdiyi bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Ətraflı videomaterialda: