media-inshot_20260123_093926738

“Ukrayna Rusiya ilə razılaşma əldə edə bilməsə, daha çox ərazi itirə bilər”.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp daha sonra Rusiya Prezidenti Vladimir Putinin mümkün razılaşmaya münasibəti ilə bağlı da açıqlama verib:

“Mən düşünürdüm ki, Vladimir Putin hər şeyi istəyir. Bu doğru ola bilər. Amma razılığa gəlməsək, o, ora getməyəcək”.

Donald Tramp daha əvvəl də bildirib ki, son bir il ərzində danışıqları dayandıran eyni məsələlər Ukraynada sülh sazişinin əldə olunmasına mane olur. O, həmçinin münaqişənin onun sələfi Co Bayden tərəfindən başladığını bir daha təkrarlayıb.


Bənzər xəbərlər