media-inshot_20260107_095254088

Fransa, Böyük Britaniya və Ukrayna liderləri Niyyət Bəyannaməsi imzalayıblar.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, sənəd Fransanın paytaxtı Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer tərəfindən imzalanıb.

Bəyannamənin əsas məqsədi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, müharibədən sonrakı yenidənqurma prosesi və ölkənin strateji dayanıqlığının təmin edilməsi üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi məsələsini əhatə edir.

Parisdə bəyannamənin imzalanmasından sonra keçirilən mətbuat konfransında Prezident Zelenski bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin arxitekturası artıq detallı şəkildə formalaşdırılıb. Onun sözlərinə görə, sənəd gələcəkdə Ukraynanın təhlükəsizliyini təmin edəcək konkret mexanizmlərin əsasını qoyur.

Böyük Britaniyanın Baş naziri Keyr Starmer isə bildirib ki, bəyannamə mümkün sülh razılaşması əldə olunduğu halda tərəfdaş ölkələrin qoşunlarının Ukrayna ərazisində fəaliyyət göstərməsi üçün hüquqi baza yaradır.

Fransa Prezidenti Emmanuel Makron isə çıxışında Rusiya ilə bağlanan əvvəlki sülh razılaşmalarının taleyinə diqqət çəkərək, real və etibarlı zəmanətlərin vacibliyini vurğulayıb:

“Rusiyanın son 15 ildə imzaladığı sülh sazişlərinin hamısı pozulub – Moldovada, Gürcüstanda və Ukraynada. Bu təcrübəyə əsaslanaraq, biz sadəcə sülh deyil, sülhə real zəmanətlər istəyirik”, – deyə Makron bildirib.


Bənzər xəbərlər