media-inshot_20260507_121738354

Rusiyanın paytaxtı Moskva şəhərində 9 May Qələbə Günü (atəşkəs) ərəfəsində 24 dron zərərsizləşdirilib.

Patrul.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Telegram”da məlumat verib.

Bildirilib ki, dronların sayı mayın 7-də son bir saat ərzində ümumilikdə 24-ə çatıb.

Məlumata görə, hücumlar nəticəsində Moskva vilayətinin Naro-Fominsk rayonunda hərbi logistika mərkəzinin vurulduğu bildirilir. Hadisə yerinə dərhal təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.

Ümumilikdə Ukraynanın mayın 6-dan 7-nə keçən gecə Rusiyaya yüzlərlə dron atdığı qeyd olunur.

Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qeyd olunur ki, mayın 6-dan 7-nə keçən gecə ölkənin 20 regionu, o cümlədən Krım və dəniz akvatoriyası üzərində ümumilikdə 347 Ukrayna dronu məhv edilib. Nəticədə təhlükəsizlik səbəbindən Moskvanın əsas hava limanlarında – Vnukovo, Şeremetyevo və Domodedovoda uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub, onlarla reys təxirə salınıb.

Hücumlar Ukrayna Prezidenti Volodimir Zelenskinin 6 may tarixindən elan etdiyi birtərəfli atəşkəs rejimi fonunda baş verib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 9 May Qələbə Günü münasibətilə atəşkəs elan edib. Həmin gün keçiriləcək hərbi paradla bağlı Ukrayna tərəfi də birtərəfli atəşkəs elan etsə də, “səmada Ukrayna dronları görünə bilər” kimi mesajlar verilib.


Bənzər xəbərlər