Ukrayna PUA-ları Belqorodu vurdu – Hökumət binası 4-cü dəfə hədəfdə
Ukrayna Rusiyanın Belqorod şəhərinə PUA-larla hücum edib.
Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, Belqorod vilayətinin operativ qərargahı Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) vilayət mərkəzinə hücumu nəticəsində üç nəfərin xəsarət aldığını açıqlayıb.
Məlumata görə, çoxsaylı qəlpə yaraları alan bir kişi və ön qolundan yanıq xəsarətləri alan həyat yoldaşı rayon klinik xəstəxanasına yerləşdirilib. Digər zərərçəkən isə ayağından qəlpə yarası alıb.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov daha əvvəl bildirib ki, ukraynalı qüvvələr PUA-lardan istifadə edərək azı dörd dəfə regional hökumət binasına hücum həyata keçiriblər.
Gülbəniz Səfərova






