Ukrayna PUA-ları Rusiyanın yanacaq qatarını məhv etdi - VİDEO
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın işğal altında olan Zaporojya vilayətində yanacaq daşıyan qatarı vurub.
Patrulaz.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Urojayne və Tokmak arasında baş verib. Zərbə nəticəsində yanacaq çənləri olan qatar partlayaraq relsdən çıxıb.
Hadisədən sonra qatara əlavə yenidən hava zərbələri endirilib.
Məlumata görə, zərbələr nəticəsində bölgədəki dəmir yolunda qatarların hərəkəti effektiv şəkildə iflic olub.






