Ukrayna PUA-sı Rusiyanın neft emalı zavodunu sıradan çıxardı - VİDEO
Ukrayna pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində Rusiyanın Saratov vilayətində yerləşən neft emalı zavodu fəaliyyətini dayandırıb.
Patrulaz.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Vurulan zavodun layihə gücü gündə 140 min barel xam neft təşkil edirdi. Məlumata görə, müəssisənin uzun müddət fəaliyyətini bərpa edə bilməməsi, daxili yanacaq bazarına tələbatın ən yüksək olduğu mövsümdə ciddi təsir göstərə bilər.
Qeyd edək ki, bu, Rusiyada avqustun əvvəlindən etibarən zədələnən üçüncü neft emalı zavodudur. Hücumların davam etməsi halında ölkənin benzin qıtlığı riski ilə üzləşə biləcəyi bildirilir.






