media-img_7742

Ukrayna Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Ukraynanın xarici işlər naziri Andriy Sybihanın Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının təşkil etdiyi onlayn iclasda iştirak etdiyi bildirilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Sybiha çıxışında Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün fürsət yarandığını ifadə edərək, Səudiyyə Ərəbistanındakı amerikalı həmkarları ilə səkkiz saat ərzində məsələni danışdıqlarını bildirib.

ABŞ tərəfinin 30 günlük müvəqqəti atəşkəs təklif etdiyi bildirilib.

Nazir Sybiha Ukrayna mətbuatına verdiyi açıqlamada Ukraynanın sülh danışıqları olacağı təqdirdə masaya qoyacağı şərtləri açıqlayıb. Ukraynanın ərazi bütövlüyü və suverenliyinin onlar üçün prioritet olduğunu bildirən Sybiha ilk olaraq Ukraynanın ərazi bütövlüyü və suverenliyinin vacibliyini vurğulayıb: “Ukrayna heç vaxt işğal etdiyi əraziləri tanımayacaq. İkincisi, heç bir ölkənin Ukrayna xalqının seçiminə, Ukraynanın müəyyən birliklərdə iştirak seçiminə veto hüququ yoxdur. “Üçüncü “qırmızı xətt” ordudur”-deyə, o bildirib.


Bənzər xəbərlər