"Ukrayna sülh danışıqlarını Putin yox, Zelenski gecikdirir" - Tramp
“Ukrayna sülh danışıqlarını Putin yox, Zelenski gecikdirir”.
Patrul.az xarici KİV-ə istinadlia xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp müsahibələrinin birində çıxış edərkən deyib.
Tramp, sülh sazişinin bağlanmasına Rusiyanın deyil, Ukraynanın mane olduğunu, Vladimir Putinin də müharibəni bitirməyə hazır olduğunu qeyd edib:
“Düşünürəm ki, o, razılaşmaya hazırdır. Düşünürəm ki, Ukrayna razılaşmaya daha az hazırdır”, – deyə o bildirib.
Daha sonra Trampa “ABŞ-nin rəhbərlik etdiyi danışıqların İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük münaqişəsinə niyə son qoya bilmədiyi” soruşulduqda, o, “Zelenski”, deyərək cavab verib:
“Zelenski… Düşünürəm ki, onun buna razı olması çətindir”.
Xatırladaq ki, 2022-ci ilin 24 fevral tarixində başlayan Rusiya–Ukrayna müharibəsi hələ də davam edir. Tramp dəfələrlə hər iki ölkənin liderləri ilə görüşlər keçirsə də, onları eyni masa arxasına oturtmaq mümkün olmayıb.






