media-inshot_20250815_233759724

Ukrayna Tramp və Putin arasında avqustun 15-də Alyaskada baş tutan görüşü pozmağa cəhddə ittiham olunub.

Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri ABŞ Prezidenti Donald Tramp və Rusiya  Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən danışıqlar ərəfəsində Donetsk şəhərinə hücum edib.

Donetsk Xalq Respublikası rəhbərinin müşaviri İqor Kimakovski hücum barəsində bildirib ki, atəşin məqsədi regionda sabitliyi pozmaq və prezidentlərin sammitini əngəlləməkdir.

Hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin zərbələri yaşayış binasına düşüb və bir nəfər həlak olub.

Hazırda isə Alyaskada Tramp və Putin arasında görüş davam edir.

Xatırladaq ki, Ukrayna ordusu hücuma keçsə də, Volodimir Zelenski Alyaska görüşü ilə bağlı artıq müharibənin bitməsinin vaxtının gəlib çatdığını qeyd etmişdi.


Bənzər xəbərlər