media-kadirov

Ukrayna Təhlükəsizlik Qüvvələri (SBU) Rusiya-Ukrayna müharibəsində ruslar tərəfində vuruşan çeçenlərin ukraynalı əsgərləri əsir götürülmədən,  döyüş meydanında öldürülməsi göstərişinin verildiyini açıqlayıb.

Patrulaz.az “Mnval Live”a əsasən xəbər verir ki, SBU bu əmrlərin Çeçenistan rəhbəri Ramazan Kadırov tərəfindən verildiyini bildirib.

SBU-nun məlumatına görə, Kadırov açıq şəkildə Rusiya ordusunun çeçen komandirlərinə ukraynalı əsgərləri əsir götürməmək və onları döyüş meydanında güllələmək göstərişi verib.

Onların sözlərinə görə, Kadırov həmçinin bildirib ki, ukraynalı məhbuslar Qroznıdakı hərbi obyektlərin damlarına aparılaraq, pilotsuz təyyarələrin hücumlarına qarşı “insan qalxanları” kimi istifadə olunacaq.

Bununla bağlı Ukrayna Təhlükəsizlik Qüvvələri Çeçenistan rəhbərinə qarşı “müharibə cinayətləri” maddəsi ilə şübhəli elan edildiyini açıqlayıb.


Bənzər xəbərlər