media-inshot_20250716_233200805

Ukraynanın Donetsk vilayətinin Dobropilya şəhəri Rusiya ordusunun hava hücumuna məruz qalıb.

Patrulaz.az xəbər verir ki, Vilayət administrasiyasının rəhbəri Vadim Filaşkinin verdiyi məlumata görə, Rusiya hərbçiləri şəhərə 500 kiloqramlıq hava bombası atıb, nəticədə 2 nəfər ölüb, 27 nəfər yaralanıb.

Hücumun əsas hədəfi ticarət mərkəzi olsa da, ətrafda yerləşən 13 yaşayış binası da zərər görüb.

Qeyd edək ki, Donetsk vilayəti hazırda Rusiya-Ukrayna müharibəsinin ən aktiv döyüş bölgələrindən biridir və mülki obyektlərə hücumlar son həftələrdə daha da intensivləşib.

media-img_20250716_233123_467 media-img_20250716_233123_006

Gülbəniz Səfərova


Bənzər xəbərlər