media-inshot_20250827_084210937

Ukraynanın Rusiya neft emalı zavodlarına qarşı PUA-larla apardığı hücumlar ölkənin yanacaq istehsalına ciddi ziyan vurub.

Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, hücumlar nəticəsində Rusiyanın yanacaq istehsal gücünün 13–17 faizi sıradan çıxıb.

Məlumata görə, bunun ardınca Krımda və Sibirin bəzi bölgələrində benzin satışına məhdudiyyətlər tətbiq olunub. Rusiyada yanacağın qiymətləri isə son aylarda ümumilikdə təxminən 50 faiz bahalaşıb.

Qeyd edək ki, Ukrayna son aylarda PUA hücumlarını daha çox enerji və yanacaq infrastrukturuna yönəldir ki, bu da Rusiyanın həm daxili bazarını, həm də ixrac imkanlarını zəiflətməyə hesablanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər