media-inshot_20250728_093302860

Ukrayna Ordusu son sutkada Rusiyaya məxsus onlarla texnikanı məhv edib.

Patrulaz.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalçı qüvvələrinə qarşı əməliyyatlarını davam etdirir. Son sutka ərzində qarşı tərəfə məxsus xeyli sayda hərbi texnika məhv edilib.

Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, məhv edilən texnikalar bunlardır:

– 4 ədəd tank

– 1 ədəd döyüş maşını

– 4 ədəd artilleriya sistemi

– 235 ədəd pilotsuz uçuş aparatı (PUA)

– 103 ədəd yük maşını

– 1 ədəd zenit raket kompleksi

Qeyd edək ki, Ukrayna tərəfi bu cür statistikaları gündəlik əsasda paylaşaraq müharibədəki itkilər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər