Ulduzların da çıxış etdiyi festival səhnəsi külə döndü - VİDEO
Belçikada keçiriləcək məşhur “Tomorrowland” festivalının səhnəsində güclü yanğın baş verib.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, hadisə festival başlamazdan bir neçə gün əvvəl qeydə alınıb. Yanğın zamanı nəhəng şir və qala dekorasiyaları tamamilə yanıb, feyerverklər vaxtından əvvəl partlayıb.
Qeyd edək ki, “Tomorrowland” dünyanın ən böyük elektron musiqi festivallarından biridir və artıq 20 ildir ki, Belçikada keçirilir. Festival səhnəsində vaxtıykən David Guetta, Swedish House Mafia, Nervo, Paul van Dyk kimi dünya ulduzları çıxış edib.
Kadrlarda yanğın davam etdikcə partlayışlar eşidilir:
Gülbəniz Səfərova






