Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxıldı
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.
Patrulaz.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.
Bundan əvvəl Şahin Şıxlinskinin saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə məlumat yayılıb.