media-inshot_20250819_231028325

NASA Uranın ətrafında yeni peyk tapıb.

Patrulaz.az xəbər verir ki, bu barədə NASA-nın rəsmi səhifəsində məlumat verilib.

Məlumatda bildirilib ki, kosmik teleskop Uranın ətrafında dönən yeni kiçik peyk təsbit edib.

Sözügedən peykin 10 kilometr enində olduğu bildirilib. Peykin bu vaxta kimi tapılmamasına səbəb kimi kiçik ölçülü və az ışıqları olması göstərilib.

Qeyd edək ki, Uranın 28 peyki var. Yeni tapılan peykin isə hələ adı yoxdur.


Bənzər xəbərlər