“Uşaq Avroviziya 2025”də Azərbaycanı Yağmur təmsil edəcək
Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi müəyyənləşib.
Patrulaz.az xəbər verir ki, İctimai Televiziya açıqlama yayaraq ölkəmizi yarışmada Yağmurun təmsil edəcəyini bildirib.
Yağmur seçki sonrası təəssüratlarını bölüşüb: “Azərbaycanı Tbilisidə təmsil edəcəyim üçün çox xoşbəxtəm. Bu, mənim üçün unudulmaz bir təcrübə olacaq”.
Qeyd edək ki, “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsi dekabrın 13-də Tbilisidə baş tutacaq.






