Canlı yayım açan bir qrup gənc yaşayış olmayan ərazidə kimyəvi vasitələrdən istifadə edərək, sınaq keçirib və bu yolla da insanlarda maraq oyadaraq izləyici yığmağa çalışıblar.

Patrulaz.az-ın qaynar xəttinə daxil olan məlumatda, övladının sözügedən canlı yayımı izləyədiyini görən valideyn, gənclərin tutduğu əməlin uşaqlara pis örnək olması ilə bağlı narahat olduğunu bildirib.

Yaşayış olmayan ərazidə olduqları üçün təhlükəsiz olduğunu və bu baxımdan haqlı olduqlarını düşünən gənclər nələrə səbəb ola biləcəklərinin fərqində belə deyil. Lakin bu cür görüntülər canlı yayımı izləyən uşaqlar üçün də təhdid yaradır…


Bənzər xəbərlər