media-img_5169

“Cənab Prezident İlham Əliyevin Çin televiziya kanalına Davos Forumu zamanı verdiyi müsahibəsi bir çox məsələlər baxımından əhəmiyyətlidir. İlk olaraq ən mühüm hadisə kimi müsahibədə dövlət suverenliyinin bərqərar edilməsi vurğulanıb. Azərbaycanın ədalətli mübarizə apardığını, qarşıya qoyduğu məqsədə nail olduğunun vurğulanması mühüm beynəlxalq əhəmiyyət daşıyır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin sədrinin müavini Musa Qasımlı deyib.

media-img_5206
Deputat bildirib ki, televiziyanın geniş auditoriyası olduğu üçün dünya Azərbaycan həqiqətlərini birinci şəxsin dilindən eşitdi: “Bu müsahibə cənab Prezidentin rəhbərliyi altında dövlətimizin həyata keçirdiyi çox istiqamətli xarici siyasətin göstəricisidir. Müsahibə bir daha təsdiq etdi ki, Azərbaycan dövləti xarici siyasətində heç bir dövlətin və ya dövlətlər qrupunun yanında deyil, yalnız özünün milli maraqlarını təmin edir.
Müsahibədə diqqəti ən çox cəlb edən məsələ lider, onun keyfiyyətləri və xalqla münasibətləri məsələsidir. Ölkə başçısının sözügedən müsahibəsində liderin hər zaman öz xalqına münasibətdə ədalətli olması fikrini səsləndirməsi bəziləri üçün örnəkdir. Eyni zamanda bu günə qədər dövlət başçısı İlham Əliyevin millətimizə hər zaman həqiqətləri söyləməsi də diqqəti cəlb edən məqamlar sırasında yer tutub. Ölkə başçısı indiyə qədər vəd etdiklərinin hər birini yerinə yetirib. Ən mühümü isə xalqın milli ideyalarınl, arzularının həyata keçməsidir. Bu böyük tarixi hadisədir və şübhəsiz ki, dövlət müstəqilliyimizin tam bərqərar edilməsi zəmanəmizin görkəmli dövlət və siyasi xadimi İlham Əliyevin şəxsi xidməti, qələbəsidir. Bu müsahibə Azərbaycanın gələcək inkişafı baxımdan da əhəmiyyətlidir”.

Səbinə Hüseynli


Bənzər xəbərlər