media-inshot_20250915_180702219

Son vaxtlar “Labubu” oyuncaqlarının təhlükəli olması ilə bağlı yayılan xəbərlər satışların azalmasına səbəb olub.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, “Labubu” oyuncaqlarının istehsalçısı olan “Pop Mart” şirkətinin səhmləri aprel ayından bəri ən böyük enişi yaşayaraq, bir həftə ərzində 10%-dən çox ucuzlaşıb.

Xatırladaq ki, 2024-cü ildə “Labubu”nun qlobal satışları 423 milyon dollar, şirkətin ümumi gəliri isə 1,8 milyard dollar təşkil edib. Lakin ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası saxta “Labubu” oyuncaqlarının kiçik uşaqlar üçün ciddi təhlükə yaratdığını açıqlayıb. Qurum xəbərdarlıq edərək, saxta məhsulların hətta, ölüm hallarına səbəb ola biləcəyini də bildirib.


Bənzər xəbərlər