USMCA vasitəsilə ölkəyə gələn avtomobillərin vergidən azad ediləcək
Ağ Evin sözçüsü Karoline Leavitt ABŞ prezidenti Donald Trampın ABŞ-Meksika-Kanada Razılaşması (USMCA) ilə ölkəyə gələn avtomobilləri bir ay müddətinə Kanada və Meksikaya tətbiq edilən 25 faizlik gömrük rüsumundan azad edəcəyini açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Leavitt keçirdiyi mətbuat brifinqində tariflərlə bağlı qiymətləndirmələr aparıb. ABŞ prezidenti Trampın Stellantis, Ford və General Motors şirkətləri ilə görüşdüyünü ifadə edən Leavitt, üç böyük avtomobil satıcısı ilə danışdığını USMCA vasitəsilə gələn bütün avtomobillərə bir aylıq istisna veriləcəyini bildirib. Trampın USMCA ilə əlaqəli şirkətlərə iqtisadi cəhətdən zərər görməmələri üçün onların tələbi ilə güzəşt verdiyini ifadə edən Leavitt, qarşılıqlı tariflərin aprelin 2-də qüvvəyə minəcəyini təkrarladı.