media-inshot_20250731_230308690

Braziliyada 25 yaşlı qadın bədəninə gizlətdiyi 26 iPhone səbəbindən həyatını itirib.

Patrulaz.az “La Respublica”ya istinadla xəbər verir ki, Braziliyanın Parana əyalətində 25 yaşlı qadın avtobusda hərəkətdə olarkən qəfil səhhəti pisləşib.

Tənəffüs çatışmazlığı yaşayan qadın üçün təcili tibbi yardım çağırılıb.  45 dəqiqə ərzində göstərilən müdaxilələrə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.

Tibbi müdaxilə zamanı tibb işçiləri qadının bədəninə yapışdırılmış çoxsaylı bağlamalar olduğunu aşkar ediblər. Yoxlama nəticəsində bu bağlamaların içində ümumilikdə 26 ədəd iPhone olduğu məlum olub. Telefonların bəzilərinin təmir edilmiş və təkrar satış üçün hazırlandığı bildirilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanları qadının bu telefonları hansı məqsədlə daşıdığını və onların mənşəyini araşdırır.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bənzər xəbərlər