Turist vadidə qapalı vəziyyətdə qaldı
Türkiyənin Nevşehirin Avanos rayonunda yerləşən Çavuşin kəndi yaxınlığındakı vadidə gəzintiyə çıxan turist sıldırım relyef səbəbindən yolda qalaraq irəliləyə bilməyib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, hadisə barədə 112 Təcili Zəng Mərkəzinə məlumat verildikdən sonra əraziyə Nevşehir İl Afet və Təcili Yardım İdarəsinin (AFAD) xilasetmə qrupları cəlb olunub.
Qısa müddətli əməliyyatdan sonra vadidə qapalı vəziyyətdə qalan turist təhlükəsiz şəkildə xilas edilib. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.






