Vaşinqtondan Avropaya çağırış: İrana qarşı sanksiyalar bərpa edilsin
ABŞ Senatı Böyük Britaniya, Fransa və Almaniyanı İrana qarşı BMT Təhlükəsizlik Şurasının “Tətik mexanizmi”ni (snapback) aktivləşdirməyə səsləyib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hökuməti İranın nüvə istehsalı ilə məşğul olduğunu iddia edərək, “Tətik mexanizmi” vasitəsilə Avropa ölkələrini Tehrana qarşı əvvəlki sanksiyalarını yenidən bərpa etməyə çağırıb.
BMT-nin “snapback” mexaniziminə əsasən, İranın maliyyə, bank, neft-qaz və müdafiə sektorlarını əhatə edən sanksiyaların bərpası 30 gün davam edəcək.
İran tərəfi isə sanksiyaların yenidən tətbiq olunması halında sərt cavab veriləcəyini açıqlayıb.
Qərb ölkələri hesab edir ki, İranın nüvə proqramı mülki məqsədləri aşır və bunun beynəlxalq təhlükəsizlik üçün riski var. Tehran isə nüvə silahı istehsal etmək niyyətində olmadığını bir daha vurğulayıb.
Qeyd edək ki, “Tətik mexanizmi” BMT çərçivəsində hazırlanmış xüsusi mexanizmdir və əsas məqsədi İranın nüvə proqramı ilə bağlı razılaşmalara riayətini təmin etməkdir. Bu prosedur imzacı ölkələrə əlavə səsvermə və uzunmüddətli danışıqlara ehtiyac qalmadan, cəmi 30 gün ərzində əvvəlki sanksiyaları geri qaytarmaq imkanı verir. Mexanizmin üstünlüyü onun çevikliyindədir, yəni istənilən tərəfin müraciəti ilə proses başladılır və bu, İrana qarşı beynəlxalq təzyiq aləti kimi çıxış edir.






