media-photo-output

Son zamanlar sosial şəbəkələrdə dünyasını dəyişmiş şəxslərin kredit öhdəlikləri ilə bağlı müzakirələr artıb. Paylaşımlarda qeyd olunur ki, banklar mərhumun kredit borcunun ödənilməsini yaxınlarından tələb edir.

Bəs belə vəziyyət yarananda qanunvericiliyə əsasən bu borcu kim icra etməlidir?

Bu barədə vəkil Anar Qasımlı Patrul.az-a açıqlamasında bildirib ki, kredit sığortalıdırsa – sığorta şirkəti, əmlakı varsa – vərəsələr, əmlak yoxdursa isə heç kim borcu ödəməyə məcbur deyil:

“Kredit borcu olan hər hansı şəxs vəfat etdikdə, əgər kredit sığortalıdırsa, borcu sığorta şirkəti ödəyir. Ölən şəxsin əmlakı varsa, həmin əmlakı vərəsəlik yolu ilə qəbul edən vərəsələr borcu ödəməlidir. Əgər ölənin heç bir əmlakı olmazsa və vərəsələrinə hər hansı əmlak keçməzsə, vərəsələrdən – ailə üzvlərindən kreditin ödənilməsi tələb oluna bilməz”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər