media-inshot_20260501_125601733

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçilib.

Patrul.az xəbər verir ki, bununla bağlı qərar Məhkəmə-Hüquq Şurasının iclasında qəbul olunub.

Məlumata görə, hüquq elmləri doktoru Turqay Hüseynov 1996-cı ildə Kazan Federal Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 2000-ci ildən hüquq elmləri namizədi, 2018-ci ildən isə hüquq elmləri doktorudur. 50-dən artıq elmi əsərin müəllifidir.

2000-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğul olan Turqay Hüseynov hazırda universitetin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri vəzifəsində çalışır.

Eyni zamanda, o, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədridir.

Qeyd edək ki, Turqay Hüseynov 2004-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2022-ci ildən isə Vəkillərin İxtisas Komissiyasının sədri kimi fəaliyyət göstərir.

O, vəkilliyin inkişafındakı xidmətlərinə görə Prezident cənab İlham Əliyevin 28 dekabr 2023-cü il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.


Bənzər xəbərlər