Vətəndaşın barmağında qalan üzük FHN tərəfindən belə çıxarıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonunda bir şəxsin barmağında üzüyün sıxılıb qalması ilə bağlı məlumat daxil olub.
Patrulaz.az “Oxu.az”a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar.
Əməliyyat zamanı xilasedicilər xüsusi avadanlıqlar vasitəsilə üzüyü təhlükəsiz şəkildə barmaqdan çıxarıblar.






