media-inshot_20260112_160247709

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bir sıra bölgələrində enerji təminatı ilə bağlı yaranmış çətin vəziyyət barədə açıqlama verib.

Patrul.az xəbər verir ki, yanvarın 11-də Zelenski “Telegram” kanalında paylaşdığı məlumatda bəzi icmalarda enerji vəziyyətinin son dərəcə çətin olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə Kiyev vilayətində vəziyyət gərgin olaraq qalır.

Prezident qeyd edib ki, hazırda Kiyev ətrafında təxminən 200 təmir briqadası fəaliyyət göstərir, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti isə bərpa işlərinə fəal şəkildə cəlb olunub.

“Brovarı, Vasilkiv, Fastiv, Boryspil – ən çətin yerlər. Çox iş görülüb, amma hələ də xeyli sayda ailə elektrik enerjisisiz qalıb. Ümumiyyətlə, ölkə daxilində bütün bölgələrdə “Məğlubedilməzlik Nöqtələri” yerləşdirilib və bura “Ukrzaliznitsa”, “Naftoqaz” və digər dövlət şirkətlərimizin qüvvələri cəlb edilib”, – deyə Zelenkski bildirib.

O, həmçinin Dnepropetrovsk, Zaporojye, Xarkov və Donetsk vilayətlərində də vəziyyətin mürəkkəb olduğunu diqqətə çatdırıb:

“Energetiklərimiz indi hər yerdədir, təmir briqadaları, bütün kommunal xidmətlər, həqiqətən işləyən, inanılmaz və həqiqətən qəhrəmancasına işlər görənlər”.

Zelenski əlavə edib ki, sərt qış şəraiti bərpa işlərini daha da çətinləşdirir və Rusiya məhz bu hava şəraitindən enerji infrastrukturuna zərbə vurmaq üçün istifadə edir.

Qeyd edək ki, Rusiyanın enerji obyektlərinə hücumları nəticəsində Ukraynada sənaye istehlakçıları üçün saatlıq elektrik fasilələri və güc məhdudiyyətləri tətbiq olunub. Yanvarın 11-də Kiyevdə hücumlar, şaxta və şəbəkənin həddindən artıq yüklənməsi səbəbindən 200-dən çox nöqtədə nasazlıq qeydə alınıb.

Zelenskinin çıxışını təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər