media-1554470893_1536818682_ni

Müğənni Nura Suri sosial şəbəkədə yazdığı statusla diqqət çəkib.

Patulaz.az “OLAY.AZ”a istinadən xəbər verir ki, sənətçi feysbuk hesabında paylaşdığı fikirlərlə müasir dövrün insan münasibətlərinə təsirindən bəhs edib.

“Yeni dünya ilə ayaqlaşmaq üçün indiyənə kimi insan münasibətlərində vacib olan səmimiyyət, mərhəmət, hörmət və yaxşılıqlar artıq aktual deyil. Yeni dünyanın insanları yalnız öz mənafelərinə görə münasibət qururlar. Bu, dostluq, qohumluq, sevgi münasibətlərinə də aiddir. İnsanlar artıq süni intellektlə məsləhətləşirlər. Çox qəribə bir dövrdür. Pullu insanın hörməti, vicdanlı insandan daha üstündür. Çox söz yazmaq olar, amma gecdir artıq, nəyisə dəyişmək mümkün deyil”, – deyə o, paylaşımında qeyd edib.

Qeyd edək ki, Nura Suri tez-tez sosial şəbəkələrdə cəmiyyət və insan davranışları ilə bağlı düşündürücü paylaşımları ilə gündəmə gəlir.

media-screenshot_20250609_172915_facebook


Bənzər xəbərlər