media-img-20260115-wa0073

Rusiya Prezidenti Vladimir Putin beynəlxalq vəziyyət və Ukrayna böhranı ilə bağlı açıqlama verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Putin bildirib ki, hazırda beynəlxalq mühit getdikcə pisləşir və müxtəlif bölgələrdə münaqişələr daha da intensivləşir.

Putinin sözlərinə görə, Rusiya bütün bu proseslər fonunda hər zaman balanslı və ölçülüb-biçilmiş siyasət yürütməyə çalışır və çoxqütblü dünya nizamına sadiq qalır.

Rusiya lideri Ukrayna böhranının yaranma səbəblərinə də toxunaraq qeyd edib ki, bu vəziyyət uzun illər Rusiyanın maraqlarının nəzərə alınmaması və NATO-nun şərqə doğru genişlənməsi nəticəsində formalaşıb.

Putin vurğulayıb ki, Ukrayna tərəfi sülh yolu ilə həllə hazır olduğunu açıq şəkildə bəyan etməyənə qədər Rusiya qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində fəaliyyətini davam etdirəcək.

Eyni zamanda, Rusiya Prezidenti ölkəsinin Avropa dövlətləri ilə münasibətləri yenidən qurmağa hazır olduğunu da bəyan edib.


Bənzər xəbərlər