media-inshot_20260125_215218536

“Vladimir Putin tezliklə Zelenski ilə görüşə bilər”.

Patrul.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, liderlərin görüşünün baş tutması üçün bundan əvvəl əlavə üçtərəfli danışıqlar keçirilməlidir.

“Düşünürük ki, bu görüşlər liderlər arasında birbaşa təmasdan əvvəl baş tutmalıdır. Hesab edirik ki, bu, çox da uzaqda deyil. Mövcud yolumuza davam etsək, həmin mərhələyə çatacağıq”, – deyə mənbədə qeyd olunub.

Xatırladaq ki, Rusiya-Ukrayna münaqişəsinin həlli məqsədilə yanvarın 23-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında görüş keçirilib.

Vaşinqtondan bildirilib ki, sözügedən görüş gözləniləndən daha müsbət nəticə verib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da açıqlamasında Ukraynadakı münaqişə tərəflərinin sülh razılaşmasına yaxınlaşdıqlarını bildirib. Onun sözlərinə görə, hazırda bir neçə nizamlanma ssenarisi müzakirə olunur, lakin əsas mübahisə mövzusu Donbasla bağlı ərazi məsələsi olaraq qalır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər