media-1778070093_5465598583315830593

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.

Patrul.az “Unikal.az”a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, AAYDA-nın Söküntülər idarəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.

Qeyd edək ki, C.Həsənov Penitensiar xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun oğludur.

Fotoda general-leytenant Ceyhun Həsənov

media-1778070093_5465598583315830593


Bənzər xəbərlər