media-inshot_20260319_094646519

“X” platformasında “bəyənməmə” düyməsi istifadəyə veriləcək.

Patrul.az xəbər verir ki, bu yenilik barədə amerikalı iş adamı, milyarder İlon Mask məlumat verib.

Bununla belə, Mask bildirib ki, bu düymənin zərərli qruplar tərəfindən sui-istifadəsinin və məzmunun kütləvi hücumlara məruz qalmasının qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq olunub.

Məlumata görə, “Bəyənməmə” sayları açıq şəkildə istifadəçilərə göstərilməyəcək. Bu məlumatlar yalnız platformanın alqoritmi tərəfindən keyfiyyətsiz məzmunu və spamları daha aşağı sıralara salmaq üçün istifadə olunacaq.

Açıqlamaya görə, bəyənməmə düyməsi ilkin mərhələdə yalnız təsdiqlənmiş hesablar üçün əlçatan olacaq. Mask vurğulayıb ki, bu qərarın əsas məqsədi spam bot hücumlarının qarşısını almaqdır.

Funksiyanın ilk növbədə paylaşımların altındakı cavablara (replies) tətbiq ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu yeni funksiya istifadəçilərə platformadakı məzmuna mənfi rəy bildirmək imkanı yaradacaq.


Bənzər xəbərlər