media-inshot_20251210_153400226

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Qaraçaycek kəndində məscidin divarı aşıb.

Patrul.az tamamilə yararsız hala düşən və ətrafında uçuq materialların təhlükə yaratdığı məscidin vəziyyəti ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinə məlumat verib.

Sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə artıq müvafiq tədbirlər görülür və proses qısa müddətdə yekunlaşdırılacaq.

Qeyd edək ki, sözügedən məscid təkcə ibadət yeri deyil, həm də kənd üçün mühüm dini və mədəni əhəmiyyət daşıyır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər