Xaçmazda obyekt sahibləri tullantılarını şəhərin mərkəzi küçəsinə atmağa məcbur qaldıqlarını bildirirlər - VİDEO
Xaçmazda obyekt sahibləri tullantılarını şəhərin mərkəzi küçəsinə atmağa məcbur qaldıqlarını bildirirlər.
Patrulaz.az-a daxil olan məlumata görə, Xaçmaz şəhərinin mərkəzində fəaliyyət göstərən bərbər salonunun qarşısına yaxınlıqdakı obyektlərin sahibləri mütəmadi olaraq tullantılar atır.
Bərbər salonunun sahiblərinin sözlərinə görə, onlar dəfələrlə yaxınlıqdakı obyekt sahiblərinə bu barədə xəbərdarlıq etsələr də, qarşı tərəf buna məhəl qoymayıb.
“Dəfələrlə dedik ki, zibili salonun qarşısına atmayın, ancaq cavab verirlər ki, yaxınlıqda zibil qabı yoxdur, məcbur buraya atırıq”, – deyə sahibkarlardan biri bildirib.
Qeyd edək ki, ərazidə tullantı qablarının olmaması ictimai təmizliklə bağlı daha geniş problemlərin mövcudluğunu ortaya qoyur. Sahibkarlar aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi və uyğun şərait yaratmağı xahiş edirlər.
Gülbəniz Səfərova






