media-inshot_20250828_105650184

Argentina Prezidenti Xavyer Miley seçki kampaniyası çərçivəsində daşlı hücuma məruz qalıb.

Patrulaz.az“BBC”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də keçiriləcək yerli seçkilər öncəsi Buenos-Ayres əyalətinin Lomas de Zamora şəhərində baş verib.

Belə ki, Prezident Miley açıq avtomobildə tərəfdarlarını salamlayarkən, bir qrup etirazçı tərəfindən daş, şüşə butulka və digər əşyalarla hücuma uğrayıb. Təhlükəsizlik qüvvələri dərhal müdaxilə edərək, Prezidenti və onun yaxın əməkdaşlarını ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırıblar.

Hadisə nəticəsində prezidentin özü xəsarət almasa da, bir tərəfdarının qabırğasından xəsarət aldığı bildirilir.

Məlumata görə, hücumun səbəbi hökumət üzvlərinin rüşvət ittihamları ilə əlaqədar yayılan korrupsiya qalmaqalıdır. Xüsusilə, Prezident Mileyin bacısı və baş müşaviri Karina Mileyin adı bu qalmaqalda hallanır.

Qeyd edək ki, sentyabrın 7-də Argentinanın bəzi əyalətlərdə yerli seçkilər keçiriləcək.


Bənzər xəbərlər