media-file_00000000117481fbbab9e3ff95f2b9ca

Xankəndi şəhərində yerləşən kafelərdən birində yanğın baş verib.

Patrul.az APA-ya istinadən xəbər verir ki, yanğın zamanı kafedə köməksiz vəziyyətdə qalan iki nəfər hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Yanıq xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər