media-inshot_20260128_154823812

Son dövrlər şəhər küçələrində, ictimai nəqliyyatda və insanların sıx olduğu məkanlarda xəstə uşaqların görüntülərindən istifadə edilərək “yardım toplanması” hallarına tez-tez rast gəlinir. Əksər hallarda bu görüntülərin real olub-olmaması, toplanan vəsaitin həqiqətən ehtiyacı olan ünvanlara çatıb-çatmadığı sual altındadır. Cəmiyyətin mərhəmət hissindən sui-istifadə etməklə pul toplayan bu şəxslərin fəaliyyəti həm hüquqi, həm də etik baxımdan ciddi narahatlıq doğurur. Belə halların artması isə real ehtiyacı olan insanların zərər görməsinə səbəb olur.

Bəs xəstə uşaq görüntülərindən sui-istifadə edərək küçədə dələduzluq yolu ilə pul toplayan şəxslər hansı hüquqi məsuliyyət daşıyır?

Bu barədə hüquqşünas Ramil Süleymanov Patrul.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə əsasən, dilənçilik edən şəxsə xəbərdarlıq və ya 10 günədək inzibati həbs verilir:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə əsasən, dilənçilik etmək avaralıqla məşğul olmaq anlayışının təsiri altına düşür və bu əməli törədən şəxs barəsində xəbərdarlıq edilir və ya 10 günədək inzibati qaydada həbs olunur”.

media-img-20260128-wa0053

Hüquqşünas qeyd edir ki, yetkin şəxsin yetkinlik yaşına çatmayanı dilənçiliyə cəlb etməsi inzibati cərimə və ya həbsə səbəb olur:

“Əgər yetkinlik yaşına çatmış şəxs yetkinlik yaşına çatmayan şəxsi dilənçiliyə cəlb edərsə, bu halda 50 manatdan 90 manatadək məbləğdə inzibati cərimə və ya şəxsin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati qaydada həbs cəzası nəzərdə tutulur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər