Xətai rayonunda restoranın səs-küyü sakinləri narahat edir - VİDEO
Xətai rayonunda restoranın səs-küyü sakinləri narahat edir.
Patrulaz.az-a müraciət edən vətəndaşlar bildirirlər ki, Xətai rayonu ərazisində, Neapol dairəsinə yaxın ərazidə yerləşən “Xan Çinar” restoranı gecə saatlarında musiqini yüksək səslə açaraq, ətraf binalarda yaşayan sakinlərin istirahətini pozur.
Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, yaşayış məntəqələrində gecə saatlarında yüksək səslə musiqi səsləndirmək, vətəndaşların rahatlığını pozmaq qanunla qadağandır.






