Xətai rayonunda sürücünün məsuliyyətsizliyi tıxac yaratdı - VİDEO
Xətai rayonunda sürücünün məsuliyyətsizliyi tıxac yaratdı.
Patrulaz.az redaksiyasına müraciət edən izləyicimiz tərəfindən təqdim edilən videogörüntüdə 17 oktyabr 2025-ci il tarixində, saat 16:54 radələrində Xətai rayonu Sarayevo küçəsində baş verən hadisə əks olunub.
Kadrlarda Changan markalı, 10-NN-544 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün avtomobilini yolun hərəkət hissəsində saxlayaraq ərazidən uzaqlaşdığı görünür. Bu məsuliyyətsiz davranış nəticəsində küçədə nəqliyyatın normal hərəkəti pozulub və böyük tıxac yaranıb.
Sakinlərin sözlərinə görə, həmin ərazi günün pik saatlarında onsuz da sıx hərəkətli olur və belə halların baş verməsi əlavə narazılığa səbəb olur.
Vətəndaşlar hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məsələni araşdırması və qanunvericiliyə uyğun tədbir görülməsini xahiş edirlər.






