media-inshot_20251208_210116845

Bağışlamaq hər kəs üçün asan deyil. Xüsusən də bəzi insanlar üçün xəyanət və xəyal qırıqlığı keçmişdə qalmaq əvəzinə yaddaşlara həkk olunan dərin bir izə çevrilir. Astroloqların fikrincə, müəyyən bürclər var ki, onlara qarşı edilən haqsızlığı illər keçsə belə unutmur, bağışlasalar belə, münasibəti heç vaxt əvvəlki halına qaytarmırlar.

Patrul.az bağışlamağı ən çətin olan, kin və incikliyi uzun illər yaddaşında saxlayan dörd bürcü təqdim edir:

Buğa bürcü

Buğa bürcü sədaqəti, sabitliyi və inadkarlığı ilə tanınır. Münasibətlərə ciddi yanaşır və qarşısındakından da eyni dərinliyi gözləyir. Lakin bu inam sarsıldıqda, Buğa üçün hər şey dəyişir. Onlar zahirən sakit görünsələr də, daxillərində yaşadıqları incikliyi uzun müddət gizlədirlər. Zamanla toplanan bu hisslər isə bir gün gözlənilmədən üzə çıxa bilər. Buğa üçün münasibətdə itirilən güvəni yenidən bərpa etmək demək olar ki, qeyri-mümkündür. Keçmişi daim xatırlamaları onları bağışlamağı ən çətin bürclərdən birinə çevirir.

Xərçəng bürcü

Xərçəng bürcü emosional dərinliyi və güclü yaddaşı ilə seçilir. Onlar yaşanan hər şeyi xatirə kimi yadda saxlayır. Ayın təsiri altında olduqları üçün hisslərini olduqca güclü yaşayırlar və incindikləri zaman özlərinə qoruma qalxanı yaradırlar. Xərçənglər qisas almağa çalışmır. Onların seçimi sadəcə uzaqlaşmaq, özlərini qorumaq və bir daha həmin insanı həyatlarına buraxmamaqdır. Onları qazandıqları kimi itirmək də çox asandır və itirilən inam bir daha geri qayıtmır.

Oğlaq bürcü

Oğlaq bürcü münasibətlərdə məsuliyyət və davamlılıq axtarır. Onlar hisslərini sözlə deyil, əməli ilə göstərir və hər zaman qarşı tərəf üçün səy göstərirlər. Lakin dərin xəyal qırıqlığı yaşadıqları anda bütün bu səy birdən-birə yox ola bilər. Oğlaq artıq sizə qarşı hisslərini itirdiyini göstəribsə, onu geri qaytarmaq demək olar ki, mümkünsüzdür. Çünki bu zaman soyuq və məsafəli davranışları arxasında qırılmış inam və sarsılmış dəyərlər dayanır.

Əqrəb bürcü

Əqrəb bürcü sevəndə bütün qəlbi ilə sevir. Onların məhəbbəti dərin olur. Lakin xəyanət gördükləri anda bu sevgi ən sərt şəkildə sona çatır. Güvən itkisi Əqrəbi tamamilə dəyişə bilir. Onlar incidildikdə əlaqəni bir anın içində bitirə və qarşısındakı insanı həyatlarından silə bilirlər. Əqrəbin yaddaşı güclüdür və yaşananları asanlıqla unutmaz. Bu səbəbdən də bu bürcü aldatmaq və ya xəyal qırıqlığına uğratmaq ən riskli seçimlərdən biridir.

Adıçəkilən bu dörd bürc hisslərini həm sevərkən, həm də incinərkən çox dərindən yaşayır. Onlar üçün xəyanət təkcə bir zərbə deyil, münasibəti bitirən son toxunuşdur. Buna görə də bu bürc nümayəndələri ilə münasibət qurarkən bir deyil, bir neçə dəfə düşünmək lazımdır.


Bənzər xəbərlər