media-inshot_20251203_175925565

Xəzər dənizində növbəti dəfə suitilər kütləvi şəkildə tələf olub.

Patrul.az Xarici KİV-ə istinadla xəbər verir ki, yerli sakinlərdən daxil olan müraciətlər əsasında dekabrın 3-də mütəxəssislər Mahaçqala, Karabudaxkənd, Kayakent və Dərbənd rayonlarının sahil zolaqlarında araşdırmalara başlayıblar.

Aparılan ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, 500-ə yaxın suiti dənizin dibindən sərbəstləşən güclü təbii qaz emissiyasının yaratdığı oksigen çatışmazlığı səbəbindən boğularaq tələf olub.

Dağıstan Təbii Sərvətlər Nazirliyi hadisəni faciəvi hal kimi qiymətləndirsə də, belə halların Xəzər dənizində hər il müxtəlif sahil bölgələrində – Dağıstan, Kalmıkiya və Qazaxıstanda təkrarlanan təbii proses olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən ilin dekabr ayının sonunda da Xəzərin sahillərində 400-dən çox suiti ölüsü aşkarlanmışdı. Həmin dövrdə alimlər kütləvi tələfin əsas səbəbləri kimi quş qripi virusunun yayılmasını və dənizin dayazlaşmasını göstərmişdilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər