media-inshot_20251014_103033388

Son illər Xəzər dənizi sahilində suiti cəsədlərinin aşkarlanması halları artıb. Bu il də oxşar vəziyyət müşahidə olunub və onlarla suiti sahildə ölü halda tapılıb. Bu fakt həm ekoloqların, həm də ictimaiyyətin narahatlığına səbəb olub.

Xəzər dənizi sahilində suiti cəsədlərinin kütləvi şəkildə aşkarlanması hansı ekoloji və ya bioloji səbəblərlə bağlı ola bilər? Belə halların qarşısının alınması üçün hansı tədbirlər vacibdir?

Bu barədə ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov Patrulaz.az-a açıqlamasında bildirib ki, xəzərin suyunun azalması suitilərin kütləvi ölümünə yol açır:

media-telmanzeynalov12-1

“Belə baxanda, hər il sahildə ölü suitilər tapılır və onlar kütləvi şəkildə məhv olurlar. Lakin bir neçə dəfə keçən illərdə onların ölümü virusla bağlı olub, xəstəlik nəticəsində zəifləyərək sahilə çıxıblar. Düşünürəm ki, ilk növbədə Xəzərin böyük kütləsi azalıb. Suitilər isə balıqla qidalanırlar və hazırda qidalarını toplayıb qışlamaq üçün Xəzərin şimalında buzların üzərində toplaşırlar. Ola bilsin ki, onlar həqiqətən də lazımi səviyyədə yem tapa bilməyiblər və bu səbəbdən də belə vəziyyətə düşüblər. Yaxşı olardı ki, bu məsələni komissiya alimlərlə araşdırsın və nəticə barədə məlumat versinlər”.

Ekoloqun sözlərinə görə, suitilərin kütləvi ölümünə əsas səbəb onların yem tapa bilməməsidir.


Bənzər xəbərlər