Xırdalanda DOST Mərkəzində YANĞIN
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən DOST Mərkəzində yanğın baş verib.
Patrulaz.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “112” qaynar telefon xəttinə Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb və tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.






