Yanğınsöndürən helikopter gölməçəyə çırpıldı - VİDEO
Fransanın Finister departamentində yanğınsöndürən “Morane 29″ helikopteri gölməçədən su toplayarkən qəzaya uğrayıb.
Patrulaz.az “İzveztiya”ya istinadən xəbər verir ki, vertolyotun su ilə təması nəticəsində qəza baş verib.
Məlumata görə, qəza zamanı pilot və yanğınsöndürən məmur kabinədən sağ-salamat çıxaraq sahilə qayıdıblar.
Departamentin prezidenti Mael de Kalan və SDIS-in birinci vitse-prezidenti Jan-Mark Pouçois, prefekt Lui Le Frank isə ekipajın peşəkarlığını, soyuqqanlılığını və cəsarətini yüksək qiymətləndirib.
Qeyd edək ki, “Morane 29″vertolyotu 2023-cü ildən Fransada yanğınların söndürülməsi üçün istifadə olunur. Bu yay helikopter 33 əməliyyatda iştirak edərək 154 su axıdışı həyata keçirib və yanğınların ölkə ərazisinə yayılmasının qarşısını alıb.






