Yaponiyada atəşfəşanlıq zamanı ətraf alovlara büründü - VİDEO
Yaponiyanın Yokohama şəhərində keçirilən yay atəşfəşanlığı festivalı yanğınla nəticələnib.
Patrulaz.az “NHK” telekanalına istinadən xəbər verir ki, baş tutan tədbir zamanı atəşfəşanlıq üçün istifadə edilən pirotexniki vasitələrin barjalara düşməsi nəticəsində iki gəmidə yanğın baş verib.
Hadisə nəticəsində 5 işçi dənizə düşüb. Onlardan biri yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Digərləri xilas edilib.
Məlumata görə, qəza səbəbindən tədbir ləğv edilib.
Qeyd edək ki, festival çərçivəsində 25 dəqiqə ərzində təxminən 20 min fişəngin atılması planlaşdırılırdı.
Real görüntüləri təqdim edirik:
Gülbəniz Səfərova






